Özbəkistan Mərkəzi Seçki Komissiyası ötən gün ölkədə keçirilən prezident seçkilərinin nəticələrini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Özbəkistanın hazırki prezidenti İslam Kərimov seçicilərin 90,39 faiz səsini qazanaraq yenidən dövlət başçısı vəzifəsində qalıb.

Mərkəzi Seçki Komissiyasından bildirilib ki, seçkiyə qatılan 17,2 milyon insan İslam Kərimova səs verib.

Rusiya Prezidenti Vladimir Putin seçkidə qalib gələn Özbəkistan liderini təbrik edib.

Xatırladaq ki, İslam Kərimov 1990-cı ildən bu günə qədər Özbəkistan prezidentidir.
Mənbə
ANS PRESS