Aprelin 16-17-də Bakıda günəş enerjisi sənayesinin inkişafına həsr olunmuş beynəlxalq tədbir keçiriləcək
Bakı, 30 mart, AZƏRTAC
Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) Elmi-Texniki Şurasının iclasında “Günəş batareyalarının effektivliyinin artırılması istiqamətləri”, “Mövcud günəş panelləri stansiyalarında panellərin faydalı iş əmsalının artırılması imkanları” və “Fokuslaşdırılmış günəş panelləri effektivliyi iki dəfə artıra bilər” mövzularında çıxışlar olub.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, şuranın sədri, ABOEMDA-nın sədr müavini Cəmil Məlikov bildirib ki, ABOEM sahəsinin inkişafı və bu sahədə elmi-texniki yeniliklərin, innovasiyaların və müasir texnologiyaların respublikamızda tətbiqi şura üzvlərinin məruzələrində həmişə öz əksini tapıb. Müzakirələr zamanı vurğulanıb ki, dövlət agentliyi mütəxəssislər tərəfindən təqdim olunan müvafiq sahə üzrə müəyyən ixtiraların rəsmi olaraq patentləşməsini dəstəkləyib, bu işdə onlara daima maddi və mənəvi yardım göstərib.
Qeyd olunub ki, əvvəlki iclaslarda müzakirə olunduğu kimi ölkəmizin enerji sisteminin idarə edilməsində “ağıllı idarəetmə” avadanlıqlarının tətbiqi, hidrogenlə işləyən generatorların və qaynaqetmə avadanlıqlarının istehsal olunması üzrə müəyyən işlər görülüb, günəş enerjisi texnologiyaları tətbiq edilən kənd təsərrüfatı avadanlıqlarının və traktorlarının istehsal olunması ilə əlaqədar müvafiq dövlət qurumları ilə əməkdaşlıq edilib. O cümlədən, beynəlxalq mütəxəssislərin təqdimatı əsasında Xəzər dənizi akvatoriyasında külək parklarının salınması ilə əlaqədar bir sıra işlər həyata keçirilib.
C.Məlikov həmçinin bildirib ki, şuranın fəaliyyəti nəticəsində əldə olunan bilikləri bölüşmək üçün dövlət agentliyi daim treninqlər, seminarlar və konfranslar təşkil edir. Növbəti belə tədbir isə aprelin 16-17-də Bakıda ABOEMDA-nın dəstəyi ilə CISOLAR-2015 “Cənubi Qafqaz regionunda, Şərqi Avropa və Mərkəzi Asiyada günəş enerjisi sənayesinin inkişafı” 4-cü Beynəlxalq konfransı və sərgisi keçiriləcək.
Müzakirələr zamanı ABOEMDA-nın sədri Akim Bədəlov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, şuranın irəli sürdüyü təklifləri, layihələri dövlət agentliyi həmişə dəstəkləyib və bu layihələrin həyata keçirilməsində həmişə maraqlı olub. O, həmçinin şuranın gələcək fəaliyyətində respublikamızın digər dövlət qurumlarında və qeyri hökumət təşkilatlarında müvafiq sahə üzrə çalışan mütəxəssislərin cəlb olunmasının vacibliyini qeyd edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47