İsveçrədə İranın nüvə proqramı üzrə "Altılıq" ölkələrin xarici işlər nazirlərinin görüşü nəticəsiz başa çatıb.

ANS PRESS-in məlumatına görə, XİN başçılarının görüşü İran nümayəndələrinin iştirakı olmadan baş tutub.

Avropa İttifaqına yaxın mənbədən bildirilib ki, görüşün məqsədi tərəflərin problem üzrə mövqeyini bir daha yoxlamaq olub.

İran, Böyük Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ nümayəndə heyətləri Tehranın nüvə proqramı üzrə yekun danışıqlarda iştirak üçün martın 31-dək Lozannada qalacaqlar.

Xatırladaq ki, nüvə proqramı ilə bağlı görüş ötən gün axşamdan başlayıb. Diplomatları danışıqları bu gün də davam etdiriblər. İranla altı böyük dövlət martın 31-dək çərçivə sazişi əldə etməyə çalışır ki, bu il iyunun sonunadək yekun sənəd imzalansın.
Mənbə
ANS PRESS