Azərbaycan Dövlət Gömrük Komitəsi son zamanlar ölkəyə avtomobil idxalının azalmasının səbəblərinə aydınlıq gətirib.

APA-nın məlumatına görə, komitənin sədri Aydın Əliyev deyib ki, son vaxtlar ölkəyə avtomobillərin idxalının azalması “Euro-4” standartlara keçirilməsi ilə əlaqədardır.

Onun sözlərinə görə, ekoloji və digər məsələlər bu barədə qərarın qəbul edilməsini tələb edib: “Bununla bağlı istifadə olunmuş maşınların gətirilməsi külli miqdarda azaldılıb”.

Milli.Az