[ 30 Mart 2015 13:10 ]



Bakı - APA. Bu gün Özbəkistan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini elan edəcək.

 

APA-nın “Rossiya 24” telekanalına istinadən xəbərinə görə, sosioloji sorğular böyük ehtimalla ikinci turun olmayacağını göstərir. Səsvermədən sonra exit-poll keçirilməsə də, seçicilərin təxminən 60%-nin hazırkı prezident İslam Kərimovu dəstəklədiyi bildirilir.

 

Özbəkistanda səsvermə hüququ olan 20 min seçicinin 91%-i martın 29-da keçirilən seçkilərdə səs verib. Prezidentlik uğrunda 4 namizəd - hazırkı prezident İslam Kərimov, Xalq Demokrat Partiyasından Hatəmcon Ketmonov, “Milli tıklaniş” Demokrat Partiyasından Akmal Saidov və Sosial-Demokrat “Adolat” Partiyasından Narimon Umarov mübarizə aparıb.