Bu, Siz əsgərlərin xidmətinə ölkə rəhbərliyinin verdiyi ən yüksək dəyərdir. Əminəm ki, Siz orduda aldığınız təlim-tərbiyə və təcrübəni mülki həyatda da dövlətimizin qüdrətlənməsinə, orduya vətənpərvər gənclərin hazırlanmasına həsr edəcək, orduda komandirlərin etimadlarını doğrultduğunuz kimi, arxa cəbhədə də valideynlərinizin ümidlərini doğruldacaq, ata-ananıza layiqli övlad, Vətən üçün dəyərli vətəndaş olacaqsınız.
Orduya çağırılan gənclər isə bilməlidirlər ki, əsgər həyatının özünəməxsus çətinlikləri var. Lakin öz Vətənini, torpağını, xalqını ürəkdən sevən, hərb elmini, etibar edilmiş, silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, lakin şərəfli yolu inamla, uğurla keçəcək və xalqımızın, ölkə rəhbərliyinin hörmət və məhəbbətini qazanacaq.
Torpaqlarımızın bir hissəsi düşmən işgalındadır. Qarşınızda duran ən mühüm vəzifə bu torpaqları düşmən əsarətindən xilas etməkdir. Bu vəzifəni uğurla həyata keçirmək üçün siz də Ali Baş Komandanın əmrlərinə hazır olmalı, əsgər həyatının hər anından səmərəli istifadə etməlisiniz”.
Nazir müraciətində xidmətini şərəflə başa vurmuş hərbi qulluqçulara nümunəvi xidmətlərinə görə təşəkkür edib: “Vətənə layiqli övladlar yetişdirdiklərinə görə valideyinlərə minnətdarlığımı bildirir, gənc-əsgərlərə isə hərbi ənənələri uğurla davam etdirərək Silahlı Qüvvələrimizin döyüş salnaməsinə yeni-yeni parlaq səhifələr yazmağı arzulayıram”.