Ötən il həlak olan alpinist Murad Aşurlunun ABŞ-da kitabının təqdimatı keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Ötən il faciəvi şəkildə həlak olan azərbaycanlı alpinist Murad Aşurlının ABŞ-da “Öz Everestini tapmaq” kitabının təqdimatı keçirilib.
Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimi M.Aşurlunun rəhbər vəzifələrdən birini tutduğu “Ericsson” şirkətinin Dallasdakı ofisində təşkil olunub.
Tədbirdə Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da iştirak edib.
İ.Aşurlu “Facebook”dakı səhifəsində bu barədə yazıb: “Murad mənə kitab yazmaq fikrində olduğunu bildirəndə bunu ciddi qəbul etmədim. Çünki Murad indiyədək nə hekayə, nə də oçerk yazmayıb, burada isə söhbət bütöv bir kitabdan gedirdi. Lakin çoxsaylı ezamiyyətlər, layihələr və başqa işlərinə baxmayaraq, Murad bir ildən də az müddətdə istədiyinə nail ola bildi. Son ekspedisiyasına yola düşməzdən əvvəl o, əlyazmasına nöqtə qoydu. Katmanduda olduğu zaman o, telefonla kitab üçün bəzi şəkilləri mənimlə müzakirə edib razılaşdırırdı. Lakin bu, bir surət, gələcək kitabın qaralaması idi... Bu gün mən onu, nəhayət ki, əlimdə tuturam”.
Kitabın işıq üzü görməsində Muradın dostları, həmkarları və “Ericsson” şirkəti rəhbərliyinin rolunu qeyd edən İ.Aşurlu bildirib ki, onlar Muradın son arzusunu yerinə yetirmək istəyiblər və buna nail olublar.
İki min tirajla ingilis dilində çapdan çıxan kitabı İnternetdən sifariş verməklə əldə etmək olar.
Dünyanın ən yüksək nöqtəsinə - Everestə (8848 metr) qalxan ikinci azərbaycanlı olan Murad Aşurlu bu zirvəni 2013-cü ildə fəth etmişdi. O, ötən il oktyabrın 21-də Himalay dağlarının Ama-Dablam (6814 m) zirvəsindən enən zaman faciəvi şəkildə həlak olub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47