Azərbaycanda görünməmiş oğurluq hadisəsi
Hadisə bu gün saat 10:30 radələrində İsmayıllı şəhərində, sahibkar Murad Adıgözəlova məxsus qızıl və cehizlik əşyalar, kosmetika mağazasında baş verib. Oğurluq hadisəsi baş verən zaman Murad Adıgözəlov və satıcı Pərvanə Daşdiyeva mağazada olub. Onlar bildirib ki, naməlum şəxs əvvəlcə mağazaya daxil olaraq onlardan qızıl əşyaların qiymətini soruşub, sonra nişan mərasiminə gedəcəyini bildirərək kosmetika səbətinin və gül buketinin hazırlanmasını istəyib. Satıcı Pərvanə Daşdıyeva mağazaya çantada yeni gətirdiyi qızıl əşyaları müştəriyə göstərib və vitrinə düzməyərək qızıl çantasını piştaxtanın altına qoyub. Mağaza sahibi Murad Adıgözəlov və satıcının başının kosmetika səbətinin və gül buketinin hazırlanmasına qarışmasından istifadə edən müştəri qəflətən qızıl əşyalar olan çantanı götürüb və yaxınlıqdakı dərzi sexinə gedərək qayıdacağını bildirib.
Bir müddət sonra qızılların oğurlandığını başa düşən mağaza sahibi İsmayıllı rayon Polis Şöbəsinə müraciət edib. Mağaza sahibi həmin naməlum şəxsin 8 mart günü ondan 150 manatlıq qızıl əşya aldığını bildirib. Murad Adıgözəlovun sözlərinə görə, təxminən 45 yaşı olan və özünü Gəncə sakini kimi təqdim edən həmin şəxs mağazadan 65 ədəd brilyant qaşlı qızıl üzük, 30-a yaxın brilyant və adi qaşı olan sırğa, bilərzik, 3 ədəd qızıl toy dəsti, 2 ədəd çəkisi 30 qram olan qızıl boyunbağı, qızıl saatlar və digər əşyalar oğurlayıb. Mağaza sahibinə ümumilikdə 50 min manata yaxın maddi ziyan dəyib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Mənbə
APA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47