Milli.Az mdern.az-a istinadən bildirir ki, “Elbesan Arena”da bu gün baş tutan oyunun 4-cü dəqiqəsində Almaniyanın “Köln” klubunda çıxış edən Merqim Mavrayın öz qapısına vurduğu qol sayəsində Ermənistan irəli çıxıb.
İkinci hissənin əvvəllərindən ərazi üstünlüyünə ələ keçirən albanlar bir-birinin ardınca təhlükəli hücumlar təşkil ediblər. 70-ci dəqiqədə Makedoniyanın “Vardar” komandasında oynayan Oqanes Ambartsumyan ikinci sarı vərəqə alaraq meydançadan qovulub. 7 dəqiqə sonra həmin Merqim Mavray hesabı bərabərləşdirib. 81-ci dəqiqədə isə “Bazel”in yarımmüdafiəçisi Şkelzen Qaşi Albaniyanın qələbə topunu vurub.
Beləliklə, 4 oyundan sonra 1 xal toplayan Ermənistan yığması turnir cədvəlində sonuncu, 5-ci pillədədir.
Milli.Az