Qəribə bir təsadüf var və mən indi bu barədə danışmaq istəyirəm. Fikir vermisinizsə, iki respublika var ki, onlarda baş verən dramatik hadisələr bir-birinə ciddi təsir göstərir. Ukrayna və Gürcüstanı nəzərdə tuturam. Gürcüstanın “qızılgül” və Ukraynanın “narıncı” inqilabı, bu iki dövləti bir-birinə təkcə şarfla bağlamamışdı. Yuşenko və Saakaşvili kənardan iki dövləti birlikdə idarə edən qəribə bir cütlüyü xatırladırdı. Maraqlı oxşarlıqlar var, elə indi də. Məsələn, Mixail Saakaşvili Ukrayna rəhbərliyində təmsil olunmaqla Gürcüstana təsir imkanlarını da bərpa edib. Gah velosipeddə, gah mühafizəsiz, az qala dekorativ prezident kimi hakimiyyətdən gedən Saakaşvili Gürcüstanda yenidən ciddi qəbul olunmaqdadır.

… Keçmiş Sovet Məkanında təsir zonalarının yenidən müəyyənləşdirilməsinin daha bir obyekti Gürcüstandır. Şevardnadzenin darmadağından sonrakı gərgin yır-yığış, Saakaşvilinin açıq Qərbpərəst sabitlik və reklam dövrünü İvanişvilinin ən azı qəribə görünən zamanı əvəz etdi. Və Gürcüstan vətəndaşları artıq müqayisə və bununla da gələcəyə gedişlərini müəyyənləşdirəcək marşrut üçün zəngin imkanlar qazandılar. Kimin yolu ilə. Şevardnadzenin qocaya gedənin quyruğu, Saakaşvilinin cavana gedənin yumruğu, yoxsa İvanişvilinin ağanın buyruğu yolu ilə getməli. Bu sualların dəqiq cavabını gəlin ilin sonunda Parlament seçkilərinə gedəcək Gürcü xalqı hələ ki, dəqiqləşdirir. Kimin yanında və ya kimin yolunda olmalı. Saakaşvilinin qoyub getdiyi gürcülər artıq onun üçün darıxmağa başlayıb. Şevanın izləyiciləri yəqin ki, ən yaxşı halda ona qəbristanlığa baş çəkəcəklər. İvanişvilidən qalma təvazökar gücü hökuməti isə hələ ki, öz uğurlarının statistikasını söyləməklə məşğuldur. Və bu o qədərdə maraqlı deyil.

Son zamanlar bu ölkədə yenidən maraqlı və bədbin mənada maraqlı hadisələr baş verir. Əlbəttə, Gürcüstan müstəqil dövlətdir. Öz taleyini və kursunu özü müəyyənləşdirməlidir. Necə ki, müəyyənləşdirir. Amma Gürcüstan geostrateji ərazi kimi Azərbaycanın da siyasətinin tərkib hissəsidir və etiraf edək ki, nə qədər qəribə səslənsə də, Gürcüstan Azərbaycanın ən zəif yeridir. Bura Azərbaycan üçün olduqca əhəmiyyətli dəhlizdir. Bütün qlobal proyektlərin bir ucu gedib bura çıxır və ona görə də bu ölkənin başının üstünü alan qara buludun dolusu Azərbaycanı da döyür. Son zamanlar, xususilə Ukraynada baş verən proseslərdə fəal iştirakdan sonra yenidən gündəliyə qayıtmış Saakaşvilini Tiflisdə görmək istəyənlərin sayı artmaqdadır. Onun üçün darıxanlar bunu açıq söyləməkdən çəkinmirlər. Saakaşvili hakimiyyətdən gedəndən sonra onun tərəfdarlarının ilk ən böyük mitinqi onun anonsudur ki, Gürcüstanın siyasi gələcəyi yenidən dəli qana və dəliqanlılığa sürüklənə bilər. Burada müxtəlif qüvvələr toqquşur. Bu qüvvələr arasında heç şübhəsiz ki, ən təhlükəlisi üçüncülərdir. 3-cü qüvvələr. Məhz onlara sərf edir ki, Gürcüstan yenidən xaosa və qanla qarşıdurmaya sürüklənsin. Bizi isə Azərbaycan olaraq təbii ki, bu ölkəyə başı bağlanmış layihələrimizin aqibəti narahat edir. Gürcüstanda gedən proseslər bir yandan Saakaşvilinin revanş cəhdinə bənzəyirsə, digər tərəfdən Ukraynanın parçalanmasının başlanğıcına aparan səbəblərin, kiçik, hələ ki, Rusiya ilə məşum müharibədən sonra özünə gələ bilməyən Gürcüstanın ərazisinə köçürülməsidir. Bunu kim edir, niyə edir, vacib deyil. Başlıcası budur, Gürcüstan növbəti təlatümdən öz dövlətini itirməklə çıxa bilər. NATO-nun öz sıralarına Tiflisi qəbul etmək barədə verdiyi vədlər həm də təhdid və təhlükə anonsudur. Gürcüstan əgər daha bir dəfə inqilab edərsə, ondan yəqin ki, ya çox az şey qalacaq, ya da biz qonşuluğumuzda tamamilə ayrı bir dövlət görəcəyik. Saakaşvilinin Ukraynada nümayiş etdirdiyi fəallıq gürcülərə əla reklamla çatdırılır. Məsələn, bu ölkədə korrupsiyaya qarşı aparılan mübarizədə Mişasevərlər o saat öz liderlərinin dəst-xəttini tanıyırlar. Doğrudan da bunu edən daxili işlər nazirinin müavini Eka Zquladzedi. Nağıllar da var. Saakaşvili və onun adamları Ukraynada da bütün rüşvətxor məmurları tutacaq. Əslində isə dava yorğan davasıdır. Avropanın intizarla gözlədiyi böyük proyektlər ərəfəsində Gürcüstanda sabitliyi pozmaq istəyənlər böyük təxribat sağsağanlarıdır. Fərqi yoxdur bu sabitliyi kim pozur. Rusiya, yoxsa Amerika, yoxsa tamamailə başqa bir 3-cü bir dövlət. Azərbaycana müəyyən bir dövrü üçün sakitlik lazımdır, lazımdır ki, başladığı - TANAP, TAP, Bakı-Qars-Axalkalaki dəmiryolu, artıq 21-ci Əsrin layihəsi tək qəbul edilən sonuncu nəhəng layihələri normal şəkildə həyata keçirə bilsin… Belə bir vaxtda sabitliyin pozulması ən arzuolunmazdır. Türkiyədə güclü dövlət var. Türkiyədə hansı miqyasda baş verməsindən asılı olmayaraq heç bir hadisənin dəhşətli nəticəsini proqnozlaşdırmıram. Pis olmayacaq. Ən azı ona görə ki, biz bir millət, iki dövlətik. Bərpa prosesini yaşayan Gürcüstanda isə aləmi bir-birinə vurmaq üçün kifayət qədər səbəb var. Məsələn, bu baxımdan yanaşanda mən son zamanlar bu ölkədə Azərbaycan və azərbaycanlı maraqları ətrafında baş verən heç bir hadisəyə təsadüf kimi baxmıram. Nə azərbaycanlımızın öldürülməsinə, nə SOCAR-ın yanacaq doldurma məntəqəsinə hücum, nə də Azərbaycan tələbələrinin təşkilatının rəhbərinin qısa müddətdə həbsi. Konkret ad çəkməyəcəm. Amma birmənalı qənaətim belədir ki, işin başında mütləq 3-cü qüvvə durur. İstəyirsən lap təxribatçı sayaq, lap düşmən sayaq. Gələn il Gürcüstanda parlament seçkiləri olacaq. Bu məlumat təzə deyil. Elə Azərbaycanda bu il keçiriləcək parlament seçkiləri də. Kimlərsə bu seçkiləri artıq başlayıb. Öz işləridir. Buyurub seçə bilərlər. Azərbaycan isə artıq seçib. Öz müstəqillik yolunu. O yolun ki, əhəmiyyətli bir hissəsi elə Gürcüstandan keçir.

Mənbə
HESABAT: Mir Şahin