[ 29 Mart 2015 22:14 ]



Bakı-APA. Səudiyyə Ərəbistanı  Yəməndə quru əməliyyatları keçirilməsinə dair qərar qəbul etməyib

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanın ABŞ-dakı səfiri Adel əl-Cübeyr NBC telekanalına müsahibəsində bildirib.

 

“Biz Yəmənə qoşun yeridilməsi barədə qərar qəbul etməmişik. Hələ ki məqsədlərimizə hava zərbələri vasitəsilə nail oluruq. Lakin quru əməliyyatlarının keçirilməsi istisna deyil”, deyə səfir bildirib.