Ermənistanın Gümrü şəhərində keçirilən etiraz aksiyası zamanı insident yaşanıb.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, “Təsisedici parlament” təşkilatının keçirdiyi mitinqdə qurumun üzvlərindən biri Qraç Mirzoyan naməlum şəxslər tərəfindən bıçaqlanıb. Hadisə mitinqdə təxribat törədilməsinə cəhd edən şəxslərin oradan qovulması zamanı baş verib.
 
Mitinqdə Ermənistan hakimiyyətinin ünvanına ciddi ittihamlar səsləndirilib. “Təsisedici parlament” təşkilatının nümayəndəsi Qaregin Çuqaszyan bildirib ki, bu gün Ermənistanda cəmi iki milyon əhali yaşayır: “Halbuki əvvəllər Ermənistanın 4 milyon əhalisi var idi. İndi isə 6 milyon olmalı idi. Ölkə boşalıb, ciblər boşalıb”.
 
Qeyd edək ki, elə “Ölkə boşalıb, ciblər boşalıb” mitinqin əsas şuarı olub.
 
Milli.Az