Azərbaycan Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestri təşkilatına üzv seçilib
Bakı, 29 mart, AZƏRTAC
Latviyanın paytaxtı Riqada Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Reyestri (EQAR) təşkilatının Baş Assambleyasının iclasında Azərbaycan yekdilliklə EQAR-a üzv seçilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikasının bu beynəlxalq təşkilata üzvlük məsələsi müzakirə olunub. Avropa Şurasının, Avropa Komissiyasının və Bolonya sisteminə üzv ölkələrin nümayəndələrinin də iştirak etdiyi səsvermədə Azərbaycan yekdilliklə EQAR-a üzv seçilib.
EQAR-ın Baş Assambleyasının iclasında ölkəmizi Təhsil Nazirliyinin hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin əməkdaşı Əfqan Abdullayev təmsil edib.
Ə.Abdullayev Baş Assambleyadakı çıxışında son illərdə Azərbaycanda təhsil sahəsində görülən işlər barədə geniş məlumat verib.
EQAR-ın prezidenti Andreas Orfanides Azərbaycanın sürətli inkişafından, təhsil sahəsində aparılan islahatlardan danışıb. A.Orfanides birinci Avropa Oyunlarından da söz açıb, onun Bakıda keçirilməsinin Azərbaycanın artan nüfuzunun göstəricisi olduğunu deyib. Sonra Azərbaycan haqqında beş dəqiqəlik video-təqdimat olub.
Qeyd edək ki, EQAR Bolonya prosesinə üzvü ölkələrin mandatı ilə Ali təhsildə keyfiyyətin təminatı üzrə Avropa Assosiasiyasının (ENQA), Avropa Universitetlər Assosiasiyasının (EUA), Ali təhsil müəssisələrinin Avropa Assosiasiyasının (EURASHE) və Avropa Tələbələr Birliyinin (ESU) təşəbbüsü əsasında ali təhsildə keyfiyyətə nəzarət üçün yaradılmış ilk rəsmi qurumdur. Ümumilikdə 36 ölkə EQAR-ın üzvüdür.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47