"Report" Amerika Azərbaycanlıları Cəmiyyətinin (Azerbaijan Society of America, ASA) yaydığı məlumata istinadən xəbər verir ki, qətnamədə 20 mindən artıq insanın həyatına son qoyan soyqırımının tarixdə törədilən ən dəhşətli cinayətlərdən biri olduğu göstərilib.
Bu kimi cinayətlərin bir daha təkrar olunmaması üçün qətnamədə bu günün anılmasının vacibliyi qeyd olunub.
Qətnamə ştatın Baş Assambleyasının spikeri Vinsent Priyeto və katib Dana Börli tərəfindən imzalanıb.

