ABŞ-ın Texas ştatında bir qız 3 yaşında ikən ağladığına görə 5 il işgəncəyə, təcavüzə məruz qalıb.

ANS PRESS-in məlumatına görə, Lauren adlı qız 3 yaşından 8 yaşınadək geyim dolabında yaşamağa məcbur edilib. Hal-hazırda 21 yaşı olan Lauren illər sonra jurnalistə müsahibəsində başına gələnləri belə təsvir edib: "Bir gün ağlamağıma əsəbiləşən anam məni qolumdan tutub dolaba atdı və ağzını bağladı. Mənə su və yemək vermədilər. Hər yer çox qaranlıq idi. Məni tualetə getməyə də qoymurdular. Üstümə də nəm, nazik bir ədyalı örtməyə məcbur idim".

Qız ögey atasının ona tez-tez təcavüz etdiyini də deyib. "Qışqırıq səsim eşidilməsin deyə evdə musiqinin səsini sonadək açırdılar", - deyən qız anasının da ona qarşı çox qəddarcasına davrandığını bildirib. "Yemək üçün çox az şey verirdilər. Bir dəfə anam 6 yaşınadaykən məni çıxarıb hamama apardı. Burada başımı su ilə dolu vannaya saldı. Bir dəfə də anam qarşıma pendirli makaron qoydu. Amma çeynəyəndən sonra udmamağı, tüpürməyi əmr etdi", - deyə Lauren 5 il boyu yaşadığı dəhşəti belə təsvir edib.

Hal-hazırda Lauren övladlığa götürüldüyü ailə ilə birlikdə yaşayır. Lakin o, övladlığa götürüldüyü ilk vaxtlarda aldığı psixoloji zərbələrə görə uzun müddət qəribə davranıb. "Tapılandan sonra mən 5 həftə yeməyi gizləyirdim. Birinci dəfə hamama girəndə isə "məni öldürməyin" deyə çığırmışdım", - deyən Lauren indi psixologiya sahəsi üzrə təhsil alır. O, özü kimi təcavüzə məruz qalanlara kömək etmək istədiyini deyir.














Mənbə
ANS PRESS