Hizbullah: "Yəmən yox, İsrail bombalanmalıdır"
ANS PRESS-in məlumatına görə, lider ərəblərin husilərə qarşı deyil, İsrailə qarşı birləşməli olduğunu deyib. Həsən Nəsrullah bildirib ki, "Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətərdən ibarət ərəb koalisiyası öz hərbi "İnadkar fırtına" əməliyyatlarını digər müsəlmanlara qarşı deyil, İsrailə qarşı yönəltsəydilər, "Hizbullah" çox sevinərdi". O həmçinin Ər-Riyadın Yəmən hadisələrinə müdaxilə etməsinə də təəccübləndiyini deyib. "Halbuki illər ərzində regionda baş verən hadisələr daim Səudiyyə Ərəbistanından yan keçirdi", - deyə Nəsrullah firkini belə izah edib.
Hizbullah lideri "alçaldıcı məğlubiyyətlə qarşılaşmamaq üçün" ərəb koalisiyasını öz qərarını bir daha gözdən keçirməyə səsləyib. "Çünki işğalçılar həmişə məğlubdurlar və alçalan da onlardır".
Qeyd edək ki, Yəməndə husi qiyamçılar prezident Abd Rabbuh Mənsur Hadini hakimiyyətdən uzaqlaşdırdıqdan sonra, o, qaçaraq ölkənin cənubundakı Ədən şəhərinə sığınmışdı. Husilərin Ədənə irəliləməsindən sonra ölkənin xarici işlər naziri Riyad Yassin Körfəz ölkələrini husi qiyamçılarının qarşısını almaq üçün tədbir görməyə çağırmışdı. Çağırışdan sonra Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərini bombalayıb. "İnadkar fırtına" adı alan əməliyyata Səudiyyə Ərəbistanı şahzadəsi Muhammed ibn Salman başçılıq edib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35