[ 29 Mart 2015 09:44 ]
Bakı. Vüsal Nəbiyev – APA-Economics. Nəsimi rayonunda Süleyman Rüstəm və Şəmsi Bədəlbəyli küçələrində təmir işləri başa çatdırılıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə,bu gün səhər saatlarından hər iki küçədə nəqliyyatın hərəkəti tam təmin olunub.
Qeyd edək ki, təmir işləri çərçivəsində beton səki daşları mərmər səki daşları ilə, köhnə asfalt-beton örtük isə yenisi ilə əvəzlənib.