"Əl-Qaidə" terror təşkilatının Suriyadakı qolu olan "Nusra" qruplaşması İdlib şəhərini ələ keçirilib.

ANS PRESS xəbər verir ki, bu barədə terrorçular sosial şəbəkələrdə məlumat yayıblar.

Suriyada ikinci böyük vilayət paytaxtı hesab olunan İdlib şəhəri uğrunda 4 gün davam edən şiddətli döyüşlərdən sonra hakimiyyət qüvvələri geri çəkilməli olub. Terrorçular döyüşlərdə Bəşər Əsəd qüvvələrinin xeyli itki verdiyini bildiriblər.

Suriya hakimiyyəti İdlib şəhərinin terrorçuların əlinə keçməsi barədə məlumatı təsdiq etməyib. SANA agentliyi son dəfə şəhər uğrunda şiddətli döyüşlər getdiyini xəbər verib.

Suriya İnsan Haqlarının Müşahidəsi qrupu hökumətin döyüş təyyarələrinin "Nusra" qruplaşmasının mövqelərinə hava zərbələri endirdiyini bildirib.
Mənbə
ANS PRESS