Bakı. 28 mart. REPORT.AZ/ Qətərin əmiri Şeyx Temim İstanbulda xanımına 100 milyon avroluq malikanə alaraq hədiyyə edib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, malikanə "Dardanel daşınmaz əmlak və sərmayə şirkətinin" adına qeydiyyatdan keçirilib.
Mərkəzi Londonda yerləşən bu şirkət 2014-cü ilin martından İstanbulda fəaliyyət göstərir. Onun sahibi qətərli iş adamı Abdulhadi Mana əl-Həjridir. O, əvvəllər ölkəsinin İordaniyadakı səfiri vəzifəsində işləyib.
Mülklə bağlı gizli məqamların aşkarlanmasına səbəb əl-Həjrinin qızı Anoudun Şeyxin ikinci həyat yoldaşı olmasıdır. Belə ki, kralıça Anoudun atası malikanəni Türkiyədəki şirkətinin adına qeydiyyatdan keçirib.
Xatırladaq ki, Qətər şeyxi bu il martın 12-də Türkiyədə səfərdə olub. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Şeyx xanımı və ailə üzvləri ilə birlikdə İstanbulu gəzib. Kralıça Anouda malikanınin yerləşdiyi ərazi göstərilib və o, bunu bəyənib.
Xəbərdə qeyd edilib ki, 25 yaşlı Anoudla şeyx 2009-cu il martın 3-də evlənib. Onların 3 uşağı var.