"Xəzər Lənkəran"ın bir həftəlik istirahəti başa çatıb. ANS PRESS-in məlumatına görə, komanda Lənkəranda bir araya gəlib.

İlk məşqdən öncə klubdaxili iclas keçirilib. Zəif çıхış səbəbindən məşqçilər korpusu Nurxan Məsimzadə, Elsəvər Bəşirzadə, İlqar Ələkbərov və Anar Babazadənin əsas heyətdən uzaqlaşdırılmasına qərar verib.

Xəbəri klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu təsdiq edib: "4 futbolçunun cəzalanması xəbəri düzdü. Son iki oyunda komandamızın ümumi çıxışı qəbul olunan deyildi. Hazırkı heyətin qarşısına heç bir tələb, nəticə qoyulmayıb. Sadəcə onlara imkan yaradılıb ki, özlərini sübut etsinlər. Lakin son oyunlarda gənc futbolçularımızda əvvəlki çıxışlarına baxanda həmin mübarizlik, əzmkarlıq görmədik. Başa düşməlidilər ki, belə şərait bir daha onlara yaradılmayacaq və bu son şanslarıdı. Bundan bəhrələnə bilməyən düşünməsin ki, yenidən əvəzedici komandaya qayıdacaq. Çox güman özünü sübut edə bilməyən futbolçularla bir dəfəlik yollar ayrılsın".
Mənbə
ANS PRESS