[ 27 Mart 2015 22:16 ]



Bakı-APA. Somalinin paytaxtı Moqadişoda polis “Əş-Şəbab” silahlıları tərəfindən oteldə girov götürülən şəxsləri azad edib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat nəticəsində 6  terrorçu məhv edilib.

 

Sağ qalan silahlıların hələ də oteldə olduğu bildirilir. Oteldən partlayış və atəş səsləri eşidilir.

 

Xatırladaq ki, bu gün Somalinin paytaxtı Moqadişoda yerləşən otelə basqın edilib.