"Komandada müsbət enerji və əhval-ruhiyyə var. Gürcüstanla oyun bizim üçün yaxşı sınaq oldu. Meydana nəticə qazanmaq üçün çıxacağıq və ümid edirik ki, qələbə qazanacağıq".
Milli.Az-ın report-a istinadən yaydığı xəbərə görə, bunu Bakıda keçirilən mətbuat konfransında Malta yığmasının hücumçusu Jan Pol Farruqia deyib.
Sabah "Avro-2016"nın seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Maltanın hücumçusu Gürcüstanla keçirilən yoldaşlıq oyunundan da söz açıb:
"Əsas məqsədimiz o idi ki, biz ehtiyatı yoxlayaq və hazırlaşaq. Bu oyunda xal yox idi, ona görə rahat oynayırdıq. İndi isə qələbə qazanmaq istəyirik".
Qeyd edək ki, Azərbaycan - Malta matçı martın 28-də, saat 21:00-da başlayacaq.
Milli.Az
Qeyd edək ki, Azərbaycan - Malta matçı martın 28-də, saat 21:00-da başlayacaq.
Milli.Az