Buna baxmayaraq, Barbolini qonşu ölkədə işini davam etdirəcək. “Qalatasaray”ı CEV kubokunun yarımfinalına yüksəldən italiyalı bu klubu ən azı mövsümün sonuna çalışdıracaq.
“Ay-ulduzlular”ın baş məşqçisi postundan ayrılan Barbolininin iyunda Bakıda keçiriləcək Avropa Oyunlarına Polşa yığmasının “sükanı” arxasında qatılacağı istisna olunmur. Onun danışıqlar apardığı polşalılarla müqaviləsini rəsmiləşdirməsi gözlənilir.
Qeyd edək ki, Bakı-2015-də həm Türkiyə, həm də Polşa Azərbaycan millisi ilə birgə A qrupunda yer alıb.
Milli.Az
Milli.Az