Sumqayıt, 27 mart, AZƏRTAC
Sumqayıt şəhərində mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinın (FHN) mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, qurumun müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq zərərçəkmişi xilas edib və aidiyyəti üzrə təhvil veriblər.