Malta yığmasının baş məşqçisi: "Bakıdan qalib ayrılmaq istəyirik"
O, Bakıya böyük ümidlərlə gəldiklərini bildirib: "Hazırlığımız yaxşı keçdi və bura böyük ümidlərlə gəlmişik. Nəticə qazanacağımıza inanırıq. Daha öncə Gürcüstanla yoldaşlıq oyunu keçirdik. Bu, bizim üçün ağır məğlubiyyət oldu. Deməzdim ki, yoldaşlıq görüşləri bizim üçün az əhəmiyyət kəsb edir. Hamısının öz əhəmiyyəti var. Ümid edirik ki, Bakıda ən azı məğlub olmayacağıq. Hər bir komanda qələbə qazanmaq istəyir. Bizim də məqsədimiz qalib gəlməkdir".
Problemlərinin yalnız zədəli oyunçularla bağlı olduğunu deyən P.Gedin bugünkü məşqdən sonra komandasının durumunu dəyərləndirməyin tez olduğunu bildirib: "Gürcüstanla oyun öncəsi 4 futbolçumuz zədəli idi. Problemlərimizi həll etməyə çalışırıq. İnanırıq ki, sabaha qədər hər şey yaxşı olacaq".
Baş məşqçinin fikrincə, əsas məsələ bugünkü məşq yox, sabahkı oyundur: "Oyun zamanı futbolçularda məsuliyyət hiss olunur və bu səbəbdən sabahı gözləmək lazımdır. Yorğun olsaq da, bu, o demək deyil ki, biz məğlubiyyətlə barışaraq oynamayacağıq. Düzdür, Gürcüstanla yoldaşlıq görüşündən 3 gün sonra rəsmi matça çıxacağıq. Amma bir komanda bu qrafikə tab gətirə bilməyəcəksə, oyuna çıxmasın. ".
Azərbaycan millisini güclü komanda kimi dəyərləndirən P.Gedin 2 il öncə "Bakcell Arena"da 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşünün nəticəsini önəmli saymadıqlarını açıqlayıb. "Həmin vaxt məğlub olmuşduq, indi isə qalib gəlmək istəyirik" deyən 63 yaşlı mütəxəssis sonadək mübarizə aparacaqlarını vurğulayıb: "Bizim üçün Azərbaycan millisinin Robert Prosineçkinin rəhbərliyi altında ilk rəsmi oyuna çıxacağı maraqlı deyil. Yerli azarkeşlərin həyəcanlı olduqları hiss edilir. Bunu başa düşmürəm".
Qeyd edək ki, Respublika stadionunda keçiriləcək Azərbaycan - Malta matçı saat 21:00-da başlanacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47