Bakı, 27 mart, AZƏRTAC
Ötən gün axşam Taılandın mərkəzi hissəsində iki sərnişin qatarı toqquşub. Bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəza nəticəsində azı 50 nəfər xəsarət alıb. Onlardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, xəsarət alanlar arasında ABŞ və Cənubi Koreya vətəndaşları da var. Xilasedicilər hadisə yerində işləməkdə davam edir, dağıntılar arasında insanların qalıb-qalmadığını aydınlaşdırırlar.