[ 27 Mart 2015 12:13 ]
Bakı. Musa Əhmədov – APA-Economics. Rusiyanın Samara şəhərində yerləşən “Kurumoç” beynəlxalq aeroportu martın 29-dan yay uçuş qrafikinə keçəcək.
“APA-Economics” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Samara aeroportunun sərnişinləri 40-dan çox mütəmadi birbaşa reyslərdən yararlana biləcək.
Məlumata əsasən, aprelin 3-dən həftənin 3 və 5-ci günləri Bakıya aviareyslər həyata keçiriləcək.