Ötən axşam reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialının yeni – 252-ci seriyası yayımlanıb.Prokuror Leyla Türkmən Polad Alemdarın evlənmək təklifini qəbul etmir
Anspress-in məlumatına görə, aksiondan uzaq yeni seriyada qüssəli və romantik səhnələr ağırlıq təşkil edib.
Əvvəlki seriyada xərçəng olduğunu öyrənən prokuror Leyla Türkmən Polad Alemdarın evlənmək təklifini qəbul etmir.
Bununla kifəyətlənməyən Leyla türk filmlərinin klassik səhnəsini canlandıraraq ağır sözlərlə Polad Alemdarı özündən uzaqlaşdırmağa çalışır.
Onun bu hərəkətlərini başa düşməyən Poladın Leylanın bu qərarına hörmət göstərərək ayrılmaqdan başqa çarəsi qalmır.
Leyla Türkmən obrazını canlandıran Çiğdem Baturun serialdan ayrılıb-ayrılmayacağı hələlik məlum deyil.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

