16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Portuda təşkil olunan beynəlxalq turnirdə çıxışına başlayıb.

ANS PRESS-in məlumatına görə, komandamızın ilk rəqibi Portuqaliya olub.

Meydan sahibləri millimizi darmadağın edib - 5:0. Qrupun digər oyununda Rusiya yığması Portu region komandasını 2:1 hesabı ilə yenib.

Qeyd edək ki, Azərbaycan bu gün Rusiya yığması ilə qarşılaşacaq.
Mənbə
ANS PRESS