Ötən yay Qəzzadakı münaqişə zamanı fələstinli silahlı qruplarının minaatan və raket hücumları müharibə cinayəti sayılır, Amnesty International deyir.
Hesabat aşkar edib ki, 50 gün davam edən müharibə zamanı silahlılar mülki şəxslərin həyatlarına "açıq laqeydlik" göstərib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, bu hücumların nəticəsində 13 fələstinli, İsraildə isə altı nəfər mülki öldürülüb.
 
Qəzzada aparıcı qüvvə olan Həmas Amnesty-nin hesabatında çoxsaylı səhvlər və səhv iddiaların olduğunu bildirib.
 
Münaqişə nəticəsində 1486-dan artıq mülki daxil olmaqla ən azı 2189 fələstinli həlak olub, BMT deyir.
 
İsrial tərəfindən altı mülki şəxsdən savayı 67 əsgər də öldürülmüşdü.

Milli.Az