İspaniya Kral Kubokunun final matçının məkanı bəlli olub.

ANS PRESS-in məlumatına görə, mayın 30-da "Barselona” və "Atletik” arasında baş tutacaq həlledici qarşılaşma "Nou Kamp” stadionunda keçiriləcək.

Daha əvvəl hər 2 klub oyunun sözügedən arenada keçirilməsi ilə bağlı razılaşa bilməyirdi. Sonda İspaniya Futbol Federasiyası bu haqda yekun qərar qəbul edib.

Qeyd edək ki, bir müddət əvvəl "Barselona” və "Atletik” final matçının "Santyaqu Bernabeu”da reallaşmasını istəsə də, "Real”ın prezidenti Florentino Peres buna qarşı çıxmışdı.
Mənbə
ANS PRESS