Çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın hadisəsi Abşeron rayonu, Xırdalan şəhərində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 6-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri yanıb.

Elektrik kabellərinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS