Avstraliyada Cavad xan nəslindən olan ailənin toyu olub - FOTO
Tədbirdə Avstraliyadakı Azərbaycan və Türk diasporunun nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin prezidenti İmamətdin Qasımov qonaqları Novruz bayramı münasibətilə təbrik edərək Azərbaycan tarixi barədə məlumat verib. O, xüsusilə Cavad xan, onun Azərbaycan tarixində rolu barədə danışıb.
Daha sonra bayram və toy şənliyi Azərbaycan milli musiqisi, adət-ənənəsinə uyğun olaraq davam edib.
Qeyd edək ki, Malayziyanın tanınmış neyrocərrahı Kazım Cavadxanlı Azərbaycan sərkərdəsi və Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın kötükcəsidir. Gəncə xanlığının çar Rusiyası tərəfindən işğalından sonra Cavad xanın nəslinin sağ qalmış nümayəndələri Təbrizə köçüblər. Kazım Cavadxanlı da 1947-ci ildə Təbrizdə anadan olub, 1976-82-ci illərdə Belçikada neyrocərrahiyyə üzrə təhsil alıb. 1982-ci ildən Malayziyaya köçən soydaşımız paytaxt Kuala-Lumpurdakı Malaziya Milli Universitetin tibb fakültəsində neyrocərrahiyyə üzrə mühazirələr oxuyub, bu ölkədə ilk neyrocərrahiyyə əməliyyatını aparıb. O, hazırda Malziyanın Penanq ştatında neyrocərrahiyyə sahəsində mütəxəssis kimi fəaliyyətini davam etdirməkdədir. Kazım Cavadxanlının iki oğlu və bir qızı var, övladlarından ikisi – qızı və bir oğlu Avstraliyada yaşayır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47