Xəttə zəng vuranları aktyor və aparıcı, "Bakı 2015"in Ulduz Elçisi Murad Dadaşov salamlayacaq.
Avropa Oyunlarının Tamaşaçı Məlumat Mərkəzini Azercell, Bakcell və Azerfon GSM operatorlarından, o cümlədən, ölkə abunəçilərinin 90%-ni əhatə edən BTRİB (Bakı) və Aztelekom (regional) sabit xətt operatorlarından 2015 nömrəsini yığmaqla əlaqə saxlamaq mümkündür.
Ölkəyə səyahət etmədən öncə məlumat almaq istəyən beynəlxalq qonaqlar üçün məlumat xətti +994 77 2015 000 nömrəsidir və zənglərin qiyməti zəng olunan ölkənin beynəlxalq zəng tariflərinə əsasən təyin ediləcək.