Daşkəsən rayonunda yanğın hadisəsi qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən veridyi məlumata görə, yanğın hadisəsi rayon mərkəzindən 9 km aralıda yerləşən Qazaxyolçular kəndi sakinlərindən birinin evində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 5 otağın yanar konstruksiyaları 144 kv.m sahədə və evə bitişik ümumi sahəsi 54 kv.m olan talvarın yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə
ANS PRESS