[ 26 Mart 2015 04:39 ]



Bakı-APA. Perunun Çosika şəhərində torpaq sürüşməsi nəticəsində azı 7 nəfər ölüb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, təbii fəlakətlə əlaqədar şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

Paytaxt Limadan 47 km aralıda yerləşən şəhərdə 65-ə yaxın ev dağılıb. Ölkənin şərqindəki əsas magistral yolu bağlanıb.

 

Qeyd olunur ki, 1967-ci ildə Çosikada baş verən torpaq sürüşməsi 64 insanın həyatına son qoyub.