[ 26 Mart 2015 02:34 ]
Bakı – APA. Istanbulda “Adımlar Dergisi"nin redaksiyasında partlayış baş verib.
APA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
“Adımlar Dergisi"nin redaksiyası altımərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Güclü partlayış nəticəsində binanın divarları qismən dağılıb, ətrafdakı ev və ofislərin şüşələri qırılıb. Hadisə yerinə polis, xilasediciləri, təcili tibbi yardım briqadaları cəlb olunub.