PKK ilə Türkiyə arasında artilleriya döyüşü
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı olayla bağlı rəsmi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, bu gün yerli vaxtla saat 13.25-də PKK terrorçuları tərəfindən Türkiyə ordusunun Dağlıca zastavası top atəşinə tutulub. Üç dəfə top atəşi açan terrorçuların mövqeləri xüsusi radarlarla müəyyənləşdirilərək həmin nöqtələrə 155 mm-lik “Fırtına” özüyeriyən artilleriya sistemi və 120 mm-lik toplarla cavab zərbələri endirilib.
Terrorçular bir qədər sonra - saat 14.40-da eyni istiqamətdə bu dəfə avtomat və pulemyotlardan atəşə başlayıblar. Türk əsgərləri tərəfindən cavab atəşi açılıb.
Qeyd edək ki, Türkiyədə mövcud hökumət 2009-cu ildə ölkədə terroru dayandırmaq üçün kürd problemini həlli prosesinə start verib. O vaxtdan bəri terrorçular və Türkiyə ordusu arasında qeyri-rəsmi atəşkəs hökm sürür. “Kürd açılımı”, “Sülh və qardaşlıq layihəsi”, “Çözüm sürəci” adlandırılan proses çərçivəsində Türkiyə hökuməti Bursa yaxınlığındakı İmralı adasında cəza çəkən PKK lideri Abdulla Öcalan və terror təşkilatının İraqın şimalındakı rəhbərliyi ilə qeyri-rəsmi, kürd hərəkatının leqal siyasi təşkilatı olan HDP (Xalqların Demokratiya Partiyası – keçmiş BDP) ilə isə rəsmi danışıqlar aparıb. Hazırda həll prosesi davam etsə də, tərəflər arasında anlaşılmazlıq yaranıb. Prezident Rəcəb Tayyib Ərdoğan və hökumət arasında da bu məsələdə müəyyən narazılıq müşahidə edilir və prosesin gələcəyi qeyri-müəyyəndir. Mənbə
APA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47