[ 25 Mart 2015 19:08 ]


Bakı. Mәlahәt Nәcәfova - APA. “Öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq hər bir dövlətin suveren qərarıdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlәr Nazirliyinin mәtbuat katibi Hikmәt Hacıyev İsrailin terror təhlükəsi ilə əlaqədar öz vətəndaşlarına bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməməklə bağlı tövsiyəsinə münasibət bildirərkәn deyib.

 

“Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür”, - deyә mәtbuat katibi söyləyib.