“Gürcüstan və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı öz üzərinə düşən vəzifələri tam yerinə yetirib. Dünən mənə verilən informasiyaya görə, Türkiyə tərəfində də tunelin tikintisi başa çatıb”.
 
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze deyib.
 
K. Kaladze bildirib ki, iki aydan sonra layihənin icrası başa çatacaq: “Bu layihə çox böyük və vacib bir layihədir. Dəmir yolu bu ilin sonunda istismara veriləcək”.
 
Milli.Az