[ 25 Mart 2015 14:35 ]
Bakı - APA. Bakı şəhərinin Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işləri davam etdirilir. “Azəryolservis” ASC-dən APA-ya verilən məlumata görə, artıq 2200 metr məsafədə səki daşları yenisi ilə əvəzlənib, 400 m məsafədə köhnə asfalt-beton örtük qaşınaraq ərazidən kənarlaşdırılıb. Hazırda həmin hissədə asfalt-beton örtüyünün döşənməsinə başlanıb.