ABŞ ordusu Rumıniya və Bolqarıstan ərazilərində hərbi təlimlərə başlayıb. Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, təlimlərə "Atlantic Resolve" adı verilib.

173-cü hava desant briqadasının əsgərləri Rumıniyanın Smardan poliqonuna yerləşdirilib.

200 nəfərdən ibarət desant hərbi texnika və Rumıniyanın quru piyadalarının yardımı ilə hədəfin ələ keçirilməsi əməliyyatını reallaşdırıb.

Milli.Az