[ 24 Mart 2015 23:31 ]



Bakı-APA. Liviyanın şərqindəki Benqazi şəhərində törədilmiş güclü partlayış nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

 

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.