Millinin heyətində qapıçı dəyişikliyi edilib.

ANS PRESS-in AFFA-ya istinadla verdiyi məlumata görə, Avro-2016-nın seçmə mərhələsində martın 28-də Malta yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə martın 22-dən etibarən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində qapıçı dəyişikliyi edilib.

Səlahət Ağayev səhhəti ilə əlaqədar hazırlıq prosesində iştirakını dayandırmalı olub.

Onun əvəzinə Almaniyanın “Ayntraxt” klubundan Emil Balayev milliyə çağırılıb.
Mənbə
ANS PRESS