Bakı, 24 mart, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Nuriyevdən 5 kiloqram 100 qram marixuana götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.