Qax, 24 mart, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı məktəblilərin yaz tətili günlərində uşaqları maraqlı bayram proqramı ilə sevindirir.
AZƏRTAC xəbər verir ki, tətil günlərinin maraqlı və şən keçməsini təmin etmək məqsədi ilə hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Rahib Məmmədov, rəssamı Əmrah Məmmədovdur. Martın 21-dən başlanan tamaşalarda indiyədək yüzlərlə məktəbli iştirak edib. Teatrda Novruz şənlikləri martın 25-dək davam edəcək.
Yaradıcı kollektiv, eyni zamanda, 2015-ci ilin repertuar planına daxil olan Osman Abdullayevin “Vəfalı dostlar” əsəri üzərində də məşqləri davam etdirir.


