AFFA-dan Milli.Az-a verilən məlumata görə, Avro-2016-nın seçmə mərhələsində martın 28-də Malta yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə martın 22-dən etibarən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində qapıçı dəyişikliyi edilib.
Səlahət Ağayev səhhəti ilə əlaqədar hazırlıq prosesində iştirakını dayandırmalı olub. Onun əvəzinə Almaniyanın “Ayntraxt” klubundan Emil Balayev milliyə çağırılıb.