Bakı, 24 mart, AZƏRTAC 
Bu ilin yanvar-fevral ayları ərzində ictimai iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz artaraq 141,7 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, özəl sektorda iaşə dövriyyəsinin 41,6 faizi hüquqi şəxs statuslu müəssisələrin, 58,4 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu özəl müəssisələrdə dövriyyənin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon manat artaraq 57,9 milyon manat təşkil edib.