Sumqayıtda “Hər evə qədər optika” layihəsi uğurla reallaşdırılır
Bakı, 24 mart, AZƏRTAC
Sumqayıt Cənubi Qafqazın ilk region şəhərlərindəndir ki, burada “Hər evə qədər optika layihəsi uğurla reallaşdırılır. Artıq pilot olaraq şəhərin 14-cü məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində sözügedən layihə tam olaraq tətbiq olunub.
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovla görüşən sözügedən layihəni reallaşdıran Yaponiyanın “Fujikura” şirkətinin nümayəndələri - Orta Şərq üzrə Baş direktoru Hideto Otsuka, texniki direktor Hiroşi Takada və region nümayəndələri Xalid Cavadov, Sebahaddin Uğur daha sonra Sumqayıt Telekommunikasiya Qovşağında (STQ) olublar.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov layihənin tətbiqi və səmərəli nəticələrindən danışaraq nazirliyin “Aztelekom”İB-nin dəstəyi ilə rabitə şəbəkəsinin daha da modernləşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçirəcəyini deyib. Şirkət nümayəndələri bu layihənin daha da genişləndirilməsi istiqamətində verilən təkliflərə uyğun layihələrin yüksək səviyyədə reallaşacağını əminliklə bildiriblər.
Şirkətin regional müdiri Xalid Cavadov qeyd edib ki, hazırda bütün öndə gedən ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə GPON texnologiyası əsasında qurulur.
Bu zaman müştərilərin sürətli internet şəbəkəsinə, IPTV, VoD, videooyunlar, interaktiv oyunlara, IP telefon və s. multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir. Yeni texnologiyanın tətbiqi ilə istifadəçilərə yüksəksürətli internet xidməti, telefon, televiziya və digər xidmətlərin verilməsi təmin edilib. Layihənin həyata keçirilməsi nəticəsində hər bir mənzilə çəkilən optik kabellə telefon rabitəsi ilə yanaşı, genişzolaqlı internet xidmətləri, IP TV və bütün multimedia xidmətlərinin göstərilməsi mümkündür.
Qeyd edək ki, şəhər rabitəsinin müasir texnologiya ilə qurulması ilə yanaşı, stansiyalararası birləşdirici xətlərin optik kabellərlə əvəzlənməsi bütün strukturların ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə şərait yaradıb. Bundan başqa, Sumqayıt TKQ-nin inzibati binası ən müasir tələblər səviyyəsində tamamilə yenidən qurulub. Hazırda Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən 62 mindən çox abunəçiyə rabitə xidməti göstərilir. Yaxın vaxtlarda şəhərin Şirvan, Dəmir Yolu, Tuğ Zavod, Yaşıl dərə Novxanı bağları, Stansiya Sumqayıt qəsəbələrində ONU avadanlıqları qurulacaq. Bütün stansiyalar üzrə ADSL portlarının 20 min artırılması planlaşdırılır. Sumqayıt TKQ “Aztelekom”İB-nin ADSL abunəçilərinin sayına və inkişaf sürətinə görə birinci qovşaqdır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47