[ 23 Mart 2015 23:42 ]
Bakı-APA. ATƏT-in Ukraynadakı müşahidəçi missiyasının rəhbəri Ərtoğrul Apakan ölkənin şərqində yerləşən Şirokino qəsəbəsində baş verən döyüşlərə son qoymağa çağırıb.
APA-nın məlumatına görə, ATƏT-in rəsmi saytındakı bəyanatda belə deyilir.
“Mən münaqişə tərəflərini hərbi əməliyyatları dərhal dayandırmağa, Minsk razılaşmalarının müddəalarını yerinə yetirməyə, Şirokino qəsəbəsində humanitar yardımın göstərilməsi, ATƏT müşahidəçilərinin əraziyə daxil olmasına şəraitin yaradılmasına çağırıram”, Ə.Apakanın bəyanatında qeyd olunur.
“Hər iki tərəf adıçəkilən ərazidə Minsk razılaşmasının bir çox müddəalarını pozmaqda davam edir”, bəyanatda vurğulanır.